Mobil simsiz ödənişlər bazarının həcmi üç dəfə artacaq
Yeni texnologiyaların inkişafı və bank sahəsində müşahidə olunan böhran sonuncunun tədricən transformasiyasına gətirib çıxarır. Yaxın bir neçə ildə istehlakçılar məhsul və xidmətlərin ödənişi üçün daha çox mobil telefonlardan istifadə edəcəklər.
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Juniper Research” analitiklərinin proqnozuna görə, 2018-ci ilədək mobil qurğuların köməyi ilə simsiz metodla həyata keçirilmiş ödənişlərin həcmi 9,9 milyard əməliyyat təşkil edəcək. Qeyd edək ki, hazırda bu göstərici 3.3 milyard əməliyyat səviyyəsində gözlənilir. Belə yüksək artım iki əsas amillə izah edilir: smartfon, planşet və sensor pleyerlər üçün “Apple iWallet” mobil pul cüzdanının istifadəyə verilməsi, həmçinin proqram həllinin köməyi ilə və təhlükəsizlik pozuntusu olmadan adi plastik kartın çipini emulyasiya etməyə icazə verən “Host Card Emulation” (HCE) texnologiyasının inkişafı.
Yeni həll istehlakçılara simsiz ödənişlərin həyata keçirilməsi üçün “NFC” texnologiyasını dəstəkləyən telefonlarda öz “MasterCard” kartlarından təhlükəsiz istifadə etməyə icazə verəcək.
“AlixPartners”in məlumatına görə, 2012-ci ilin sonunda Amerika banklarının müştərilərinin təxminən 50 faizi telefonu maliyyə vəsaitini idarə etmək üçün mühüm alət adlandırıblar. 2011-ci ildə bu göstərici 7 faiz olub.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL