waplog

Avropalıların 55 faizi "Ultra HD TV” ilə maraqlanır


“Strategy Analytics” şirkəti Avropa istehlakçıları arasında keçirdiyi sorğudan "Ultra HD” texnologiyasının gələcəyi ilə bağlı müsbət nəticələr əldə edib.

Şirkətin baş analitiki Devid Merserin bloqunda verdiyi məlumata görə, Avropa ölkələrinin sakinləri videotexnikanın təsvir ölçüsünün artırılması prosesinə keçidə böyük diqqət yetirirlər. Belə ki, rəyi soruşulanların 55 faizi qarşıdakı iki ildə “UHD” formatlı televizor almaqda maraqlı olduğunu bildirib. Bu potensial alıcılar arasında 15 faiz üçün alış daha çox gözləniləndir, 41 faizi isə yaxın 24 ay ərzində “4K” formatlı televizor almaq imkanına malikdir.

Bununla belə, “UHD” televizorun alışına pul sərf etməyi planlaşdıran 15 faiz istehlakçı göstəricisi sahə üçün müəyyən irəliləyiş hesab edilir, - “HDTV www.hdtv.ru” yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL