waplog

İnnovativ Layihələrin Ekspertizası və Koordinasiyası Şurasının əsasnaməsi və tərkibi təsdiq edilib



Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni yaradılmış İnnovativ Layihələrin Ekspertizası və Koordinasiyası Şurasının əsasnaməsi və tərkibi təsdiq edilib. Əsasnaməyə görə, şuranın vəzifələri inkişaf proqramlarının hazırlanmasında elmi-texniki potensialdan istifadə etmək, innovasiya işində yerli, xarici, o cümlədən beynəlxalq elmi təşkilatların fəaliyyətini əlaqələndirmək və digər məsələlərdən ibarətdir.
 
AMEA Rəyasət  Heyəti  Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu barədə Rəyasət Heyətinin növbəti iclasında məlumat verilib.
 
 İclasda səslənən növbəti qərarla Nəsimi adına Dilçilik İnstitutu Azərbaycan dilinin tətbiqi vəziyyəti və normaların pozulması hallarına dair monitorinqlər aparacaq.
 
Afişa və elanlarda, həmçinin döv­lət və özəl qurumların sənədlərində nöqsanlar müəyyənləşdiriləcək, onların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görüləcək. İşlər şəhər və rayonların icra hakimiyyətləri ilə müqavilələr əsasında həyata keçiriləcək.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL