KİV-də “One Laptop Per Child” proqramının fəaliyyətini dayandırması haqqında xəbər yayılıb
İnkişaf etməkdə olan ölkələrdə yaşayan uşaqların elektron qurğularla təmin edilməsi məsələsini həll etmək üçün nəzərdə tutulmuş “One Laptop Per Child” proqramı mövcudluğunu faktiki olaraq dayandırıb. Bu haqda proqram haqqında xəbərlər çatdıran “OLPC News” nəşri yazıb.
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “OLPC News” nəşrinin məlumatına görə, Massaçusetsdə “One Laptop Per Child” bölməsi fəaliyyətini dayandırıb. Proqramın yaradıcısı Nikolas Neqroponte bu işdən uzaqlaşaraq “X-Prize” fonduna keçib və innovasiya layihələrinə dəstək göstərir.
“One Laptop Per Child” proqramının Mayamidə yerləşən bölməsi fəaliyyətini davam etdirir: proqram çərçivəsində “Android” platforması ilə işləyən “XO Tablet” planşetini təqdim edib. Lakin qurğu əsasən, ABŞ məktəbliləri üçün nəzərdə tutulub.
Eyni zamanda “One Laptop Per Child” proqramının nümayəndələri layihənin öz mövcudluğuna xitam verməsi haqqında xəbərləri təkzib ediblər. “OLPC” proqramının vitse-prezidenti Culiya D'Amiko deyib ki, təşkilat bu yaxınlarda Kosta-Rikaya noutbuk partiyası tədarük edib və tezliklə planşetlərin tədarükünə başlayacaq.
“One Laptop Per Child” proqramı 2006-cı ildə təqdim edilib. Layihənin təşəbbüskarları inkişaf etməkdə olan ölkələrdə uşaqların təhsilində istifadə ediləcək 100 dollarlıq noutbuk istehsal etmək fikrində idilər. Lakin bu, mümkün olmadı və “XO-1” kompüterinin qiyməti təxminən 200 dollar olub.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL