waplog

Simsiz enerji adapteri: 2015-ci ilədək birləşmə gözlənilir


Standartlar texnologiya sahəsində mühüm rol oynayır, lakin çox vaxt həmin standartlar istehsalçılar arasında mübahisələrə səbəb olur. Hazırda buna oxşar vəziyyət mobil qurğuların simsiz enerji adapteri sahəsində yaranıb. Belə ki, bu sahədə bir-biri ilə rəqabət aparan və tamamilə uyğun gəlməyən üç standart mövcuddur. Lakin istehsalçılar əmin edirlər ki, heç bir problem olmayacaq və şirkətlər öz aralarında razılaşmaq niyyətindədirlər.
 
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, bu gün bu sahədə “Wireless Power Consortium (WPC)”, həmçinin “Alliance for Wireless Power (A4WP)” və “Power Matters Alliance (PMA)” standartları mövcuddur. Sonuncu iki standart dünən bir-birinə uyğunluq təşkil etməsini elan edib. Beləliklə, sözügedən sahədə faktiki olaraq “A4WP”-“PMA” və “WPC” olmaqla iki standart qalır. Bu halda hər üç sahə “oyunçu”sunun nümayəndələri deyiblər ki, yekun həlli öz aralarında texnologiya səviyyəsində tamamilə uyğunluq təşkil etməkdə görürlər.
 
“WPC” standartının inkişafı üzrə vitse-prezident Con Perzou deyib ki, 2015-ci ildə razılıq əldə olunacaq. Onun sözlərinə görə, artıq hazırda hər il simsiz enerji adapteri ilə təchiz edilmiş 20 milyon qurğu satılır ki, bu da ötən illə müqayisədə iki dəfə çoxdur.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL