Bakıda Xəzər Beynəlxalq Su Texnologiyaları sərgisi keçiriləcək
Bakıda Xəzər Beynəlxalq Su Texnologiyaları (CATEF-2014) sərgisi və sərgi çərçivəsində forumun keçirilməsi gözlənilir. Aprelin 10-13-də keçiriləcək sərgidə 20-dək ölkənin 80-dən çox şirkətinin iştirak edəcəyi gözlənilir. İştirakçıların 50 faizindən çoxu xarici şirkətlərdir.
Sərgi-forumda "Akkord Azərbaycan", "Hyundai" (Cənubi Koreya), "Herrenknecht AG" (Almaniya), "Krohne" (Almaniya), "Nordic Water-EMO" (İsveçrə), "Nippon Koei" (Yaponiya), "Samsun Makina" (Türkiyə), "Sumqayıt Texnologiyalar Parkı" (Azərbaycan), "Awas" (Almaniya), "DOW" (ABŞ), "Duktus" (Avstriya), "Suez Environment" (Fransa), "Xylem" (İsveç), "Hungarian Water Cluster" (Macarıstan), "PWT" (Almaniya), "Ekoton" (Rusiya), "Grundfos" (Danimarka) və s. şirkətlər iştirak edəcəklər.
Sərgidə içməli su təchizatı, çirkab sularının təmizlənməsi, yağış sularının kənarlaşdırılması sistemləri, mikrotunel inşası, içməli suyun analizi üçün ölçü cihazları və tənzimləyici texnologiyalar, pompalar, nasos sistemləri, içməli su mənbələrinin mühafizəsi, inşaat texnikası və avadanlıqları, qazma qurğuları, informasiya və kommunikasiya texnologiyaları, geotermik texnologiyalar, suyun duzsuzlaşdırılması, habelə su təchizatı və kanalizasiya sahəsində mövcud olan digər ən yeni texnologiyalar təqdim olunacaq.
Sərgi ilə yanaşı, keçiriləcək Xəzər Beynəlxalq Su Texnologiyaları forumunda içməli su emalı üzrə innovativ texnologiyalar, çirkab sularının təmizlənməsi, yağış sularının kənarlaşdırılması, su mənbələrinin qiymətləndirilməsi, bataqlıqların və süni göllərin qurudulması və s. mövzularla bağlı müzakirələr aparılacaq.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL