waplog

“Xiomi” şirkəti ucuz 8 nüvəli smartfon hazırlayacaq


Çinin “Xiaomi” şirkəti “Redmi” seriyasından 8 nüvəli prosessor və böyük ekranla təchiz ediləcək ucuz smartfon hazırlayır. Qurğunun qiymətinin 130 dollar civarında olacağı gözlənilir.
 
“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, aparat IPS matrisli böyük 5,5 düymlük ekran, “Android” əməliyyat sisteminin 4.2.2 versiyasını, 1 QB əməli yaddaş və microSD kartı (32 qiqabaytadək həcm) ilə təchiz ediləcək. Ehtimal ki, smartfonda “MediaTek” çipi istifadə ediləcək. İkinci nəsil “Redmi” smartfonu iki versiyada (1,4 və 1,7 QHs takt tezliyi) istifadəçilərə təklif ediləcək. Həmçinin 13 meqapiksellik əsas və 5 meqapiksellik ön kamera söz veriblər.
 
“Redmi” smartfonu aprelin əvvəlində “MiFan Festival” festivalında elan edilə bilər. Yeni aparat sayəsində istehsalçı Tayvan, Honkonq və Sinqapurda öz mövqelərini gücləndirəcək, həmçinin Malayziya, İndoneziya və Tailand kimi yeni bazarlara çıxacaq.
 
Kapitalizasiyası 10 milyard dollar məbləğində qiymətləndirilən “Xiaomi” hələ ki dünyada bir o qədər tanınmır, lakin perspektivli şirkət hesab edilir. Yeni aparata ilkin sifariş üçün təxminən 7,5 milyon müraciət daxil olub.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL