waplog

ABŞ-da “Fitbit Force” fitnes qolbaqlarının satışına qadağa qoyulub


ABŞ-ın İstehlak Mallarının Təhlükəsizliyi Komissiyası martın 12-də ölkə ərazisində “Fitbit Force” fitnes qolbaqlarının satışına qadağa qoyub. Fevral ayında “Fitbit” şirkəti cihaz sahiblərinin allergiya ilə bağlı şikayətlərindən sonra onun satışını dayandıraraq zərərçəkmişlərə pulu geri qaytarmağa başlayıb. Dövlət orqanı tərəfindən qəbul edilmiş qərar sözügedən qurğunu yalnız pərakəndə şəbəkələrdə deyil, həm də fiziki şəxslər tərəfindən (məsələn, eBay vasitəsilə) satışını qadağan edir.
 
“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, məlumatlara əsasən, “Fitbit” şirkətinin ünvanına 10 mindən az şikayət daxil olub.
 
“Fitbit”in nümayəndələri bildiriblər ki, artıq qolbağın yeni versiyasının üzərində işə başlanılıb.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL