waplog

Azərbaycanda seysmologiya sistemlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək


Bakıda mayın 29-31-də “Mühəndisli  Seysmologiya və ANTELOPE Sistemin İstifadəçiləri  Qrupu”  konfransı keçiriləcək.
 
Azərbaycan Seysmologiya Mərkəzindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, konfrans Azərbaycan Fövqəladə Hallar Nazirliyi, Azərbaycan    Milli   Elmlər  Akademiyası  Yer  Elmləri  Bölməsi, Azərbaycan    Milli   Elmlər  Akademiyası  nəzdində Seysmoloji Xidmət     Mərkəzi, ANTELOPE Sistemi İstifadəçiləri  Qrupunun  (AUG) təşkilatçılığı ilə keçiriləcək.
 
Tədbir çərçivəsində geofiziki nəticələr, zəlzələ proqnozu və seysmik davamlı tikililər haqda  plenar çıxışlar dinlənəcək, “Seysmologiya və tektonik aktivlik”, “Seysmik şəbəkə: məlumatların  emal və analizi”, “Seysmik təhlükə, təhdid və azaldılması”, “Tikinti və mühəndis seysmologiyası” mövzularında məruzələr təqdim ediləcək.
 
Aynur Vəliyeva  
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL