waplog

Azərbaycanda elektron cihazlar sığortalanır?!


Dünyada kiberhücumların sayının artması, informasiya-kommunikasiya texnologiyaları sahəsində müxtəlif problemlərin yaşanması elektron avadanlıqların tez-tez sıradan çıxmasına səbəb olur. Nəticədə hər bir istifadəçiyə böyük məbləğdə ziyan dəyir. Bu baxımdan inkişaf etmiş ölkələrdə elektron cihaz və avadanlıqların sığortalanması fəaliyyəti geniş yayılıb. İnsanlar məhz bu cür sığorta müqavilələri ilə qarşılaşa biləcəkləri problemləri əvvəlcədən həll etmiş olurlar.
 
 
Azərbaycanda da belə bir sığorta növünün mövcudluğu ilə bağlı ictimaiyyət arasında məlumatlılıq, demək olar ki, yox səviyyəsindədir.
 
 “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti “Elektron cihaz və avadanlıqların sığortası”nı həyata keçirir.
 
Şirkət bu növ sığortanın qaydalarını özünün rəsmi internet səhifəsində (www.azersigorta-az.com) dərc edib. Sözügedən qaydalarda bildirilir ki, onlar tərəfindən inventar cədvəlində miqdarı, istehsal tarixi, xüsusiyyətləri və dəyərləri göstərilən, ümumi bir vahid və ya ayrı-ayrı hissələrdən ibarət olan sınaq müddətindən sonra normal işləyən elektron cihaz, avadanlıq və ya məlumat hazırlama sistemlərinin sığortası aparılır.
 
Sığorta müqavilələri təşkilati-hüquqi formalarından asılı olmayaraq respublika ərazisində fəaliyyət göstərən hüquqi şəxslərə, Azərbaycan qanunvericiliyinə müvafiq qaydada sahibkarlıq fəaliyyətinə lisenziya almış fiziki şəxslərlə bağlanır:
 
“Elektron cihaz və avadanlıqların sığortasının məqsədi elektron cihaz və avadanlıqlara sınaq müddətindən sonra normal işlək vəziyyətdə olduqları zaman və ya idarədə təmizləmə, yoxlama, təmir, dəyişiklik etmə və yerinin dəyişdirilməsi zamanı baş verən gözlənilməz və ya qəfləti hər səbəbdən meydana gələn maddi zərərlərə sığorta təminatı yaratmaqdır”.
 
Dövlət şirkəti bildirir ki, təşkilati hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərə məxsus montaj və quraşdırma işləri tamamilə qurtaran, sınaqdan keçirilib istismara hazır vəziyyətə gətirilən, sığorta müqaviləsinə əlavə edilən siyahıda göstərilən elektron cihazlar, avadanlıqlar və ya məlumat sistemləri sığorta obyekti sayılır.
 
 Qeyd edək ki, sığorta təminatı sığorta edilən cihaz və avadanlıqlar söküldükdə, yenidən quraşdırıldıqda, sınaqdan keçirildikdə və sığorta yeri hüdudlarında nəql edildikdə də davam edir. Bu cür elektron cihazlarını daşıyan avtonəqliyyat vasitələri möhkəm örtüyə malik olmalıdır. Yuxarıda göstərilən elektron cihaz və avadanlıqlara sığorta dəmir yolu, hava və su nəqliyyatı ilə daşıdıqda şamil olunur.
 
 
Sığorta obyekti sayılan cihaz və avadanlıqlar bir sıra növlərə ayrılır. Şirkətin yaydığı qaydalarda bildirilir ki, bura rabitə (telekommunikasiya, TV ötürücüləri və s.), ofis cihazları, müayinə və müalicə məqsədilə işlədilən tibbi cihazlar, studiya, mətbuat, ölçmə və nəzarət avadanlıqları, avtomatik qaydada idarə edilən bütün növ sənaye maşınları, dəqiq mexanika və optika cihazları daxildir. Eyni zamanda aparıla bilən və daşınan avadanlıqlar, məlumat işləmə cihazları (şəxsi kompüter, printer və s.), icarəyə götürülən qurğular, yeraltı kabellər sığorta olunur.
 
 
Seymur Qasımbəyli

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL