Bu aydan “DVB-T2” standartlı çoxproqramlı rəqəmli televiziya paketlərinin kommersiya yayımı həyata keçiriləcək
Bu aydan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyi Quba rayonunda ilk dəfə olaraq “DVB-T2” standartlı çoxproqramlı rəqəmli televiziya paketlərinin kommersiya yayımını həyata keçirəcək.
Bu barədə birliyin texniki direktoru Mikayıl Abbasov məlumat verib. Onun sözlərinə görə, nəticədə Quba və ətraf - Qusar, Xaçmaz, Dəvəçi və s. rayonların əhalisi xarici ölkələrin 60-dan çox müxtəlif televiziya proqramlarını izləyə biləcəklər. Hazırda kommersiya yayımının həyata keçirilməsi istıqamətində hazırlıq işləri görülür.
Belə ki, “DVB-T2” standartlı rəqəmli yayımı təmin edən verici və anten-fider sistemləri alınaraq quraşdırılmış, proqramların baş stansiyadan çatdırılması üçün Quba TKQ-dən Quba rayonu Dağlı qəsəbəsində yerləşən radio-televiziya stansiyasına “FO-24” optik kabeli çəkilir. Yaxın günlərdə yayıma da başlanacaq.
Qeyd edək ki, yeni quraşdırılan vericilər təkcə quraşdırıldıqları rayonlarda yox, ətraf rayonlarda da radio-televiziya verilişlərinin qəbulunun keyfiyyətini yüksəldib və əhatə dairəsini daha da genişləndirib.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL