“MilliKart” müştərilərinə “VISA Personal Payment”/”MasterCard Money Transfer” sürətli pulköçürmələri xidmətini təqdim edib
"MilliKart" "VİSA" və "MasterCard" kartlarına sahib olan minlərlə insanı "VISA Personal Payment"/"MasterCard Money Transfer" xidməti vasitəsilə təhlükəsiz, rahat və tez pulköçürmələri ilə təmin etdi.
"Millikart"dan "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, "VISA Personal Payment"/"MasterCard Money Transfer" xidməti vasitəsilə kart sahibləri "VISA" və "MasterCard" kartlarından respublikamızın və digər ölkələrin bankları tərəfindən buraxılan "VISA" və "MasterCard" kartlarına banka getmədən pul köçürə bilərlər. Bu xidmət vasitəsilə köçürmələr ölkə daxilində milli valyutada, ölkədən kənara isə xarici valyutada aparıla bilər. Xidmətdən istifadə etmək üçün banka yaxınlaşmaq tələb olunmur, bütün "VISA" və "MasterCard" kartları avtomatik olaraq xidmətə bağlıdır.
Qeyd etdiyimiz xidmətin üstünlükləri: vəsaitlərin göndərilməsi və alınması VPP və ya MMS xidmətinə qoşulmuş dünyanın istənilən bankının bankomatında mümkündür, göndərilən vəsait saniyələr ərzində istifadəyə yararlı olur, xidmətə qoşulmaq üçün banka yaxınlaşmaq tələb olunmur vəsaiti göndərmək üçün yalnız vəsaiti alacaq şəxsin kart nömrəsi kifayətdir. "VISA Personal Payment" və "MasterCard Money Transfer" xidmətində əməliyyati aparmaq üçün bankomata yaxınlaşaraq kart daxil edilir və PİN-kod yığıldıqdan sonra bankomatın ümumi menyusuna yönləndirilir. Açılmış menyuda "Pul Köçürmələri" xidməti seçilir.
Həmin menyuda "Beynəlxalq köçürmə" düyməsinə basılır. Açılan pəncərədə alan tərəfin kart nömrəsini daxil etmək xahiş olunur və "Davam et" düyməsinə basılır.
Növbəti pəncərədə göndərilən pul vəsaitinin valyutası seçilir və istifadəçi razılaşması ilə tanış olunaraq "Qəbul et" düyməsinə basılır. Növbəti addımda köçürülən məbləğ daxil olunur və "Davam et" düyməsinə basılır. Açılmış pəncərədə daxil edilmiş kart nömrəsi, valyuta və pul köçürməsi üçün tutulan komissiya məbləği əks olunur. Bu məlumatlar bir daha nəzərdən keçirilir və düzgün olduğu halda "Bəli" düyməsi sıxılır və beləliklə, əməliyyat uğurla başa çatmış olur.
Qeyd edək ki, PVV və MMS pulköçürmələri üzrə komissiya haqları göndərən kartın məxsus olduğu bank tərəfindən təyin olunur.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL