Berlin öz domen zonasında qeydiyyata başlayan ilk şəhər olub
Berlin öz domen zonasını alan ilk şəhər olub. Almaniya paytaxtında fəaliyyət göstərən şirkət və fərdi şəxslər martın 18-dən etibarən internet layihələrini yerləşdirmək üçün “.berlin” domen zonasından istifadəyə başlaya biləcəklər. “.berlin” şəkilçisi bir müddət əvvəl “gTLD” proqramı çərçivəsində "ICANN” korporasiyası və şəhər hakimiyyəti arasında imzalanmış sazişə əsasən yaradılıb.
Berlindən sonra London, Paris, Nyu-York, Moskva, Yohannesburq və Naqoya kimi şəhərlər də belə domen zonalarını alacaq. Belə ki, “.london” şəkilçisinin apreldə istifadəyə veriləcəyi gözlənilir. “.wien” (Avstriyanın paytaxtı Vyana) domen zonasında bir sayt martdan fəaliyyətə başlasa da, burada ümumi qeydiyyata iyulda başlanılacaq.
“.berlin” zonasında qeydiyyatın illik haqqı 30-60 avro təşkil edir. Domenin ilk iş ilində operator 500 min avro cəlb etmək niyyətindədir, - "Cybersecurity www.cybersecurity.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL