Analitiklər istehlakçıların mobil brendlərə münasibətini aydınlaşdırıb
“The Wall Street” jurnalı “Statista” analitiklərinə istinadən yazır ki, “WDS” analitik şirkəti insanların brendlərə münasibətini aydınlaşdırmaq məqsədi ilə bir neçə mobil qurğu sahibi arasında sorğu keçirib.
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, sorğunun nəticəsinə görə, “iPhone” sahiblərinin 76 faizi bundan sonra da “Apple” brendinə məxsus mobil məhsuldan istifadə etmək niyyətindədir. “Samsung”da bu göstərici 58 faizdir.
“LG”-nin qurğularının istifadəçilərinin 37 faizi brendə sadiqdirlər. “Nokia”da bu göstərici 33, “HTC” şirkətində isə 30 faizdir.
“Sony”, “Motorola” və “BlackBerry” şirkətlərində bu göstərici müvafiq olaraq 24, 22 və 21 faiz təşkil edir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL