Coğrafiya İnstitutunda elmi işçilərin informasiya-kommunikasiya texnologiyaları ilə işləmək bacarığı müəyyənləşib
AMEA akad. H.Əliyev adına Coğrafiya İnstitutunda elmi işçilərin attestasiyası başa çatıb. Elmi işçilərin hər birinin son 5 ildə (2009-2013) fəaliyyəti nəzərdən keçirilib, onların müvafiq şöbələrdə yerinə yetirilən elmi işlərdə iştirakı, informasiya-kommunikasiya texnologiyaları ilə işləmək bacarığı, fərdi qabiliyyətləri və üstünlükləri, tutduqları vəzifəyə uyğun gəlib-gəlmədikləri müəyyənləşib. İnstitutdan verilən məlumata görə, hər bir elmi işçinin gələcək fəaliyyətinə dair əaslandırılmış qeydlər və tövsiyələr verilib.
Qeyd edək ki, attestasiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 16 iyul tarixli 181 saylı “Azərbaycan Respublikasında elmi işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na əsasən AMEA Rəyasət Heyətinin qərarına uyğun olaraq həyata keçirilib. Bu məsələ ilk əvvəl institutun Elmi Şurasında müzakirə edilib, işçilərin siyahısı, müvafiq sənədlər, eləcə də attestasiyanın keçirilmə qrafiki tərtib olunub, iki tərkibdə Attestasiya komissiyası təsdiq edilib və əməkdaşlar bütün bunlarla hərtərəfli məlumatlandırılıblar.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL