“Bakı Elm Festivalı-2014”-də elm, yeni texnologiya və innovasiyalar təbliğ olunacaq
Bakı şəhər İcra Hakimiyyəti, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akdademiyasınln (AMEA) birgə təşkilatçılığı ilə Azərbaycanda “Bakı Elm Festivalı-2014” keçiriləcək. AMEA-nın 70 illik yubileyi çərçivəsində baş tutacaq Elm Festivalında elm, yeni texnologiya və innovasiyalar təbliğ olunacaq, müxtəlif mülahizə, sərgi, seminar və maraqlı təcrübələr nümayiş etdiriləcək.
Bu haqa AMEA prezidentinin müşaviri, AMEA RH Mərkəzi Aparatının “İnnovasiya” şöbəsinin rəisi Rəhim Hüseynov Akademiyanın Direktorlar Şurasının növbəti iclasında məlumat verib. İclasda AMEA prezidenti, akademik Akif Əlizadə prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında” 14 mart 2014-cü il tarixli Sərəncamının əhəmiyyətini vurğulayaraq, sərəncamın Azərbaycan elminə göstərilən diqqət və qayğının nəticəsi olduğunu diqqətə çatdırıb. Akademiyadan verilən məlumata görə, AMEA prezidenti dövlət tərəfindən elmə ayrılan maliyyə vəsaitlərinin səmərəli istifadəsinin önəmliyini önə çəkərək, hər il AR Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən elmi layihələrə 6 milyon manat məvacib ayrıldığını bildirib: “Bu, son 3 ildə 18 milyon manat təşkil edib. Lakin vəsaitlərin səmərəli istifadəsi alimlərdən böyük məsuliyyət tələb edir. Bəzi elmi-tədqiqat avadanlıqları vardır ki, yarım milyon manat dəyərindədir, lakin lazımi səviyyədə istifadə edilməsinə ciddi nəzarət tələb olunur.”
A.Əlizadə bildirdi ki, yaxın gələcəkdə akademiyanın Müasir Ümumi Analitik Bazasının yaradılması nəzərdə tutulur. Rəyasət Heyəti bu işin icrası ilə bağlı institut direktorları və bölmələrdən təkliflər gözləyir.AMEA-nın bir neçə institut və təşkilatında universitetlərin müvafiq fakültələrinin baza kafedralarının fəaliyyət göstərdiyini söyləyən akademik Akif Əlizadə bu kimi kafedraların akademiyanın bütün müəssisələrində təşkilinin vacibliyini vurğuladı. Bildirdi ki, baza kafedraları ölkəmizdə yüksək səviyyəli kadrların yetişdirilməsi üçün böyük imkandır.
Daha sonra AMEA-nın müxbir üzvü Vaqif Abbasov son dövrlər akademiyada gənclərin elmə cəlb edilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini söyləyərək, bu tədbirlər çərçivəsində AMEA-nın Riyaziyyat, Texnika və Təbiət Elmləri Litseyininyaradılmasının nəzərdə tutulduğunu bildirib. 2015-ci il Dünya Kimya Olimpiadasının Bakıda keçiriləcəyini söyləyən V.Abbasov Təhsil Nazirliyi və AMEA-nın təşkilatçılığı ilə birgə olimpiadaların təşkilinin önəmliyini vurğulayıb.
“Elm” Redaksiya-Nəşriyyat və Poliqrafiya Mərkəzinin direktoru Hafiz Abıyev nəşriyyat işlərinin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərdən danışıb. “Elm” nəşriyyatının Azərbaycanda ən müasir səviyyədə fəaliyyət göstərən mətbəə olacağına əminliyini ifadə edib.AMEA prezidentinin müavini-işlər müdiri Fətəli Abdullayev alimlərin sosial problemlərinin həlli ilə bağlı görülən tədbirlər haqqında çıxış edib. Bildirdi ki, AMEA-da fəaliyyət göstərən alim və mütəxəssislərin mənzil probleminin həlli ilə yanaşı, yaxın gələcəkdə akademiyanın nəzdində müasir tələblərə cavab verən tibbi, ticarət və istirahət mərkəzlərinin də yaradılacağı nəzərdə tutulur.
İclasda, həmçinin Azərbaycan alimlərinin qurultayına hazırlıq və elm festivalı, ucqar rayonların məktəb və universitetlərində xüsusi kursların təşkili, institut və təşkilatların rəhbərlik sisteminin gücləndirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, rəy və təkliflər səsləndirilib.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL