waplog

“Microsoft” korporasiyası “MS-DOS” və “Word for Windows”un kodunu Kompüter Tarixi Muzeyinə təqdim edib


“Microsoft” korporasiyası “MS-DOS” (1.1 və 2.0) və “Word for Windows” (1.1a) proqram təminatlarının birinci versiyalarının çıxış kodunu Kompüter Tarixi Muzeyinə təqdim edib.

“ICTnews” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, 1980-ci ildə “IBM” korporasiyası “Microsoft” şirkətini “Chess” kod adına malik layihənin üzərində işlərə cəlb edib. “Microsoft” şirkəti “BASIC” proqramlaşdırma dilinin interpretatorunu tərəfdaşına təqdim edib. Lakin “IBM”-in nümayəndələri proqram nəhəngindən əməliyyat sistemi yaratmağı xahiş ediblər. “Microsoft” öz həllinə malik olmadığına görə əməliyyat sistemini “Seattle Computer Products”dan  lisenziyalaşdırıb və o, “PC-DOS” və “MS-DOS” sistemlərinin əsasını təşkil edib. “MS-DOS” sisteminin birinci versiyası 1981-ci ildə bazara çıxarılıb.

“DOS” sistemi üçün “Microsoft Word” mətn redaktoru 1983-cü ildə yaradılıb. Lakin bu versiya populyarlıq əldə etməyib. Yalnız 1989-cu ildə “Word for Windows” versiyasının çıxarılmasından sonra “Microsoft”un mətn redaktoruna böyük tələbat yaranıb.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL