“Ultel” şirkəti statik IP-ünvanların aylıq istifadə tarifini artırır
Azərbaycanın aparıcı internet provayderlərindən biri olan “Ultel” şirkəti aprelin 1-dən etibarən statik IP-ünvanların aylıq istifadə tarifini artırır.
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, aprelin 1-dən ADSL, Simmetrik internet və Zəmanətli internet xidməti alan istifadəçilər üçün 1 ədəd statik IP-ünvanın aylıq istifadəsinin tarifi 5 manat müəyyən olunub.
Qeyd edək ki, hazırda şirkət statik İP-ünvanların istifadəçilərə verilməsini dayandırıb və onun hazırkı qiyməti 2 manat təşkil edir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL