waplog

Məktəbli qız məktəbdən 70 min dollar təzminat alıb


“The Daily Mail” nəşri yazır ki, ABŞ-da 15 yaşlı məktəbli Rayli Stretton məhkəmənin qərarı ilə öz məktəbindən 70 min dollar məbləğində təzminat alıb.

Onun bu məbləği qazanmasına səbəb “Facebook” sosial şəbəkəsindəki səhifəsində öz müəllimlərindən birinin köməkçisinə nifrət etdiyini yazması olub.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, məktəb rəhbərliyi Strettonu “Facebook” hesabının parolunu onlara verməyə məcbur edərək onun profilinə baxıblar. Bundan sonra cəza tədbiri kimi məktəbli qız bir müddət məşğələlərdən uzaqlaşdırılıb.

Amerika Vətəndaş Azadlıqları müdafiəsi İttifaqı isə məktəbli qızın adından məhkəməyə iddia ərizəsi ilə müraciət edərək bildiriblər ki, Reyli sadəcə öz hisslərini ifadə edib. Bu müraciət məhkəmə tərəfindən müsbət qiymətləndirilib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL