waplog

BMT-də Azərbaycanın elm, texnologiya və innovasiya sahəsində həyata keçirdiyi işlər haqqında məruzələr edilib


Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) "Sərmayə, innovasiya və sahibkarlıq üçün məhsuldar potensialın yaradılması və davamlı inkişaf" mövzusu üzrə mütəxəssis iclası keçirilib.

İclasda ölkəmizi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin əməkdaşı Rauf Cabbarov və Azərbaycan Milli Elmlər Akademiyasının Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Zərifə Əliyeva təmsil edib.

Bu barədə "ICTnews" elektron xəbər xidmətinə R.Cabbarov məlumat verib. O bildirib ki, tədbir zamanı mütəxəssislər tərəfindən inkişaf etməkdə olan ölkələrin elm, texnologiya və innovasiya sahələrində siyasəti, qeyd olunan sahələrin iqtisadi inkişafa təsiri, beynəlxalq və regional əməkdaşlığın innovativ fəaliyyətin genişləndirilməsində rolu və digər məsələlər müzakirə edilib. İclasın yekunu olaraq, "UNCTAD" katibliyi tərəfindən "Elm, texnologiya və innovasiya sahəsində boşluqlar və davamlı iqtisadi inkişafı təmin edən siyasət" adlı sənəd hazırlanıb.

Müxtəlif mövzular üzrə keçirilən panel iclaslarda nümayəndə heyəti tərəfindən ölkəmizdə elm, texnologiya və innovasiya sahəsində həyata keçirilən işlər haqqında məruzələr edilib.


Seymur


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL