waplog

Beynəlxalq sərgidə “TASİM” layihəsinin təqdimatı keçirilib


Rusiya Federasiyasının Moskva şəhərində 5-ci “Transport Networks & Carrier Cloud” beynəlxalq konfrans keçirilib. Magistral şəbəkələri və “bulud” daşıyıcıları mövzusuna həsr edilən konfransda bir neçə istiqamət üzrə gündəmdə olan aktual məsələlər müzakirə edilib.

Tədbirdə magistral şəbəkələrin inşası, müştərək magistral şəbəkələrin inşası və istismarı, sadələşdirilmiş virtual gələcəyi müəyyən edən proqramlaşdırılma, 100G şəbəkələrinin irimiqyaslı inşaatı kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.


Beynəlxalq konfransda Rusiyanın telekommunikasiya sahəsində “Beeline”, “MTS” kimi nəhəng şirkətlərlə yanaşı, “TASİM” layihəsi üzrə partnyoru olan “Rostelecom” şirkəti də iştirak edib. Tədbir zamanı “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsinin direktoru Zaur Həsənov çıxış edib. “Tranzit marşrutundan “Tier-1” şəbəkəyədək “TASİM” layihəsinin təcrübəsi” başlıqlı çıxışında Z.Həsənov “TASİM” layihəsinin reallaşdırılmasının strateji xarakter daşıdığını, xüsusilə dövlətimizin Avrasiyada yerləşdiyi nəzərə alınarsa, “TASİM”-in Avropa və Asiya arasında ən qısa və sərfəli marşrutlardan biri olduğunu vurğulayıb.


Eyni zamanda konfransda müasir müştərək şəbəkələrin inşası və istismarı sahəsində mövcud suallar və problemlər barədə “TASİM” Katibliyi ilə dünyanın aparıcı şirkətləri arasında fikir mübadiləsi aparılıb.


Seymur  


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL