Yeni “iPhone” modellərinin çıxış tarixi bəlli olub
Tədarük kanallarına istinad edən Yaponiyanın “Nikkei” işgüzar qəzeti yazır ki, “Apple” sentyabrda iki yeni “iPhone” modeli təqdim etməyə hazırlaşır. Yeni aparatlarda ekranların diaqonalı artırılaraq müvafiq olaraq 4,7 və 5,5 düym təşkil edəcək.
Qəzet yazır ki, istehsalçılar artıq barmaq izlərinin skaneri və başqa komponentlərin buraxılışına başlayıb.
Tədarükçülər aprel-iyun aylarında maye kristal panellərin kütləvi istehsalına başlamağı hesablayıb. Tədarükçülərdən biri “LG Display” şirkəti olacaq.
“ICTnews” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “Nikkei” qəzetindəki materiala əsasən, yeni ekranların təsvir ölçüsü “iPhone 5S” ilə müqayisədə daha böyük olacaq.
Yeni “iPhone” modellərinə öncədən “iOS 8” platformasının quraşdırılacağı gözlənilir. Yeni platformada “Healthbook” daxil olmaqla, bir sıra yeni tətbiqlər olacaq. “Healthbook” tətbiqi sahibinin fiziki göstəricilərinə nəzarət edəcək. Həmçinin “Maps” tətbiqinin xeyli təkmilləşdiriləcəyi gözlənilir. Platformanın qrafik interfeysi bütövlükdə dəyişməyəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL