waplog

“Panasonic” Tokio Olimpiadasının “8K” formatında yayımını planlaşdırır



2020-ci ildə Tokio Olimpiya Oyunlarında “8K” formatında (ultrayüksək təsvir ölçüsü) sınaq yayımları təşkil olunacaq. Bu barədə jurnalistlərə “Panasonic” şirkətinin baş vitse-prezidenti Şiro Nişiquçi deyib.

“Panasonic” şirkəti “8K” formatının inkişafını aktiv dəstəkləyən və onun dünyada populyarlaşması üçün böyük səylər göstərən Yaponiya Radio-Televiziya Yayım Korporasiyası (NHK) ilə uzun müddətdir əməkdaşlıq edir. “Yeni formatın kütləvi şəkildə yayılması hazırda infrastruktur imkanları ilə məhdudlaşdırılıb. Biz ultrayüksək təsvir ölçüsündə video çəkə bilsək də, hələlik onun ekranlara yayılması bir qədər çətindir. Lakin biz bu məsələ üzərində çoxdandır “NHK” ilə birlikdə çalışırıq. Müasir texnologiyaların inkişaf sürətini nəzərə alaraq deyə bilərəm ki, 2020-ci ilədək “8K” formatında yayımın ən azı sınaqları mümkün olacaq”, - Ş.Nişiquçu vurğulayıb.

Onun fikrincə, “8K” formatlı televizorların qiymətinin aşağı düşməsi səbəbindən adi televiziya tamaşaçıları yeni formata çox asanlıqla keçə biləcəklər, - "HDTV www.hdtv.ru” yazır.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL