Vətəndaşların dövlət qulluğu ilə bağlı komissiyaya ünvanladığı elektron sorğuların statistikası açıqlanıb
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın elektron poçt ünvanına fevral ayı ərzində daxil olan sorğuların statistikası və məzmunu məlum olub.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, ötən ay ərzində komissiyanın elektron ünvanına 48 sorğu daxil olub. Sorğulardan 13-ü dövlət qulluğuna qəbul qaydaları, 8-i isə digər məsələləri əhatə edib.
Bununla yanaşı, komissiyaya 5 təşəkkür məktubu və ümumi müsahibə ilə bağlı 4 sorğu göndərilib.
Hər biri 3 ədəd olmaqla 4, 25 oktyabr və 5, 20 noyabr tarixlərində elan edilən müsabiqənin müsahibə mərhələsinin vaxtı, növbəti müsabiqənin vaxtı və 4, 25 oktyabr və 5, 20 noyabr tarixlərində elan edilən müsabiqədə iştirak etmək üçün onlayn qeydiyyatla bağlı elektron sorğular daxil olub.
Bundan əlavə, komissiyanın elektron poçt ünvanına 3 CV göndərilib.
Ötən ay komissiyaya ünvanlanan sorğulardan 2 ədədi 4, 25 oktyabr və 5, 20 noyabr tarixlərində elan edilən müsabiqənin müsahibə mərhələsi üçün tələb olunan sənədlərlə əlaqədar olub.
Eyni zamanda, elektron poçt ünvanına hər biri 1 ədəd olmaqla müsahibələrin keçirilməsi qaydaları, 4, 25 oktyabr və 5, 20 noyabr tarixlərində elan edilən müsabiqənin müsahibə mərhələsinin nəticəsindən apelyasiya şikayəti ərizəsinin qeydə alınması, komissiyanın səlahiyyətinə aid olmayan məsələ, eləcə də müsahibə nəticəsindən apelyasiya şikayətinin verilməsi qaydaları ilə bağlı elektron sorğular ünvanlanıb.
Qeyd edək ki, bütün sorğular qanunvericilikdə nəzərdə tutulan müddətdə cavablandırılıb.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL