Çin istehsalçıları dünya bazarına 412 milyon smartfon tədarük edəcək
“Digitimes Research” analitik şirkətinin proqnozuna əsasən, 2014-cü ildə Çinin smartfon istehsalçıları dünya bazarına qurğuların tədarükünü 30,7 faiz artıraraq 412 milyon ədədə çatdıracaqlar. Qeyd edək ki, bundan əvvəlki proqnozda 2013-cü ilə nisbətdə 28 faizlik artım və 407 milyon ədədlik tədarük həcmi barədə məlumat verilib.
Çin şirkətləri göstərilən həcmdən 126 milyonu xarici bazarlara tədarük edərək diqqəti artım tempinin inkişaf etmiş ölkələrdən daha yüksək olacağı iqtisadiyyatı formalaşmaqda olan ölkələrə yönəldəcək.
Analitiklər ayrı-ayrı istehsalçılar haqqında söhbət açaraq qeyd ediblər ki, 2014-cü ildə Çinin smartfon sahəsinin nəhəng istehsalçıları “Lenovo” və “Huawei” şirkətləri olacaq. Belə ki, şirkətlərin hər birinin dünya bazarına təxminən 50 milyon smartfon tədarük edəcəyi gözlənilir. Bundan başqa, “Huawei”in ixrac etdiyi qurğuların sayının “Lenovo”nun ixrac etdiyindən daha yüksək olacağı proqnozlaşdırılır.
“Digitimes Research”in proqnozuna görə, liderlər beşliyində hərəyə 35,5 milyon smartfon tədarük edəcək “ZTE” və “CoolPad”, eləcə də 26 milyonluq qurğu göstəricisi ilə “TCL” şirkətləri yer alacaq. Mütəxəssislər onu da əlavə ediblər ki, “Gionee” və “Xiaomi Technology” şirkətləri hərəyə 20 milyon smartfon tədarük edəcək.
Hesabatda o da vurğulanır ki, Çin nəhəng regional smartfon bazarı olaraq qalacaq. Cari ildə bu ölkədə 422 milyon qurğunun satılacağı güman edilir ki, bunun da 278 milyonunu yerli istehsalçılar, 144 milyonunu isə xarici istehsalçılar, o cümlədən “Samsung” və “Apple” şirkətləri tədarük edəcək, - “DailyComm” www.dailycomm.ru yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL