waplog

Yaponiyada kiberhücumların dəf edilməsi üzrə təlimlər keçirilib


2020-ci il Olimpiya Oyunlarına hazırlıq çərçivəsində Yaponiya real dünya ilə yanaşı, virtual dünyanın mühafizəsini də gücləndirir. Belə ki, ölkə hökuməti bütün dövlət idarələrinə yönələn kiberhücumların dəf edilməsi üzrə genişmiqyaslı təlimlər keçirib. Oxşar tədbirlər 2012-ci il London Olimpiadası ərəfəsində də olub.  

Təlimlər zamanı 50 informasiya təhlükəsizliyi mütəxəssisi Tokiodakı mərkəzi qərargahda, daha 150 əlavə əməkdaş yerlərdə çalışıb. Simulyasiya edilmiş kiberhücumlar 21 nazirlik və 10 sənaye assosiasiyasına qarşı törədilib.

Yaponiya hökuməti Olimpiya Oyunlarının keçirilməsi ilə əlaqədar ölkənin xarici və daxili haker hücumlarının hədəfinə çevriləcəyindən ehtiyat edir. Artıq ötən il Yaponiyanın dövlət və müəssisələrinə kiberhücumların sayında iki dəfə artım qeydə alınıb. “Biz təhlükəsizlik sisteminin keyfiyyətinin artırılması üçün çoxlu səy göstərsək də, ABŞ-dan xeyli geri qalırıq”, - Yaponiyanın informasiya texnologiyaları naziri İçita Yamamoto deyib.

Martda keçirilən təlimlər tarixdə hökumət və nəhəng biznesin kiberhücumların dəf edilməsi üzrə ilk birgə əməliyyatları olub. Təlimlərdən əvvəl idarələrin informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin informasiya texnologiyaları naziri ilə birgə görüşü keçirilib. Təlim iştirakçıları işin yekunları üzrə hökumət üçün kibertəhlükəsizlik üzrə tövsiyələr hazırlamağı planlaşdırırlar.  Yaponiya hökuməti həmçinin tələbələrin milli informasiya təhlükəsizliyi sahəsində fəaliyyətini stimullaşdırmağı nəzərdə tutur, - "CNews” www.cnews.ru yazır.  

 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL