waplog

İcazələrin elektron informasiya portalından indiyədək nə qədər istifadəçi yararlanıb?


İcazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış “www.icazeler.gov.az” portalının xidmətlərindən indiyədək 244 mindən çox internet istifadəçisi yararlanıb.

“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, nazirliyin yaydığı məlumatda bildirilir ki, portalın istifadəçiləri arasında dünyanın 30-dan çox ölkəsindən - Böyük Britaniya, Rusiya, ABŞ, Türkiyə, Almaniya, Gürcüstan, İtaliya, BƏƏ, Fransa, Yaponiya, Hindistan, Finlandiya, İsveçrə, Qazaxıstan, Polşa, Sinqapur, Litva, Latviya, Hollandiya, Lüksemburq, Estoniya, Belçika, Macarıstan və s. olan istifadəçilər üstünlük təşkil edib.

Qeyd edək ki, sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri də icazələrin elektron informasiya portalında yerləşdirilir və layihələr bir ay müddətində saytda saxlanılır. İndiyədək 18 dövlət qurumunun 136 qanunvericilik aktının layihəsi ictimai müzakirə üçün icazələrin elektron informasiya portalında yerləşdirilib.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL