waplog

“Google” əməkdaşlarının hansı xəstəlik daşıyıcısı olduğunu öyrənəcək



“Google” şirkəti əməkdaşlarını tədqiq edəcək. Şirkət tədqiqat üçün 1948-ci ildə başlayan və indiyədək davam edən Freminqem tədqiqatını (FHS) nümunə götürüb.

“FHS” çərçivəsində alimlər kardiovaskular xəstəliklərin (infarkt, insult və s.) və onların inkişaf risklərinin öyrənilməsi ilə məşğul olurlar. “gDNA” adlanan layihənin məqsədi şirkət əməkdaşlarının xoşbəxtliklərinin “məxfi reseptini” tapmaqdır.
 
Tədqiqatda artıq təsadüfi şəkildə seçilmiş 4 minə yaxın “Google” əməkdaşı iştirak edir. Onlar hər il dəqiq anonim anket prosesindən keçərək adət etdikləri hərəkətlər, ətrafdakı insanlara, işə, həmkarlarına münasibətləri və s. ilə bağlı suallara cavab verirlər. Sonra mütəxəssislər bu faktorların bir-biri ilə necə əlaqədar olmasını, hansı rol oynamasını və əməkdaşların iş səmərəliyinə necə təsir göstərməsini müəyyən edirlər.

Artıq ilkin nəticələr əldə olunaraq müəyyən edilib ki, “Google” əməkdaşlarının üçdə iki hissəsi işdə ev haqqında düşünməkdə davam edir və yalnız 31 faiz bu barədə fikirləşmir. Bundan başqa, rəyi soruşulanların yarısı ofisi tərk etdikdən sonra bütünlüklə vəzifəsini unutmaq, eləcə də ofis və ya iş saatından kənarda onların təsirindən yaxa qurtarmaq arzusundadır.  

Vəziyyəti düzəltmək məqsədilə əməkdaşlara boş vaxtlarda heç kəsin mane olmaması üçün ofisdə iş əlaqə vasitələrini (telefon nömrələrini) qoymaq xahiş olunub. Tədqiqat müəllifləri qeyd edirlər ki, bu, şirkət əməkdaşlarının vəziyyətinin yaxşılaşmasına gətirib çıxarıb. Mütəxəssislərin fikrincə, əməkdaşlar həmçinin işdənkənar və məzuniyyət vaxtlarında iş elektron poçtundan imtina etməlidirlər, - "Onliner” www.onliner.by yazır.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL