waplog

Nazir Dünya Telekommunikasiyasının İnkişafı Konfransında çıxış edib


Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov 28-30 mart tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin  Dubay şəhərində  Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təşkil olunan ənənəvi  Dünya Telekommunikasiya Konfransının  açılış  sessiyasında iştirak edib.

Qeyd edək ki,  4 ildən bir keçirilən budəfəki  tədbir genişzolaqlı internetin  və telekommunikasiya xidmətlərinin inkişafına həsr olunub.

Nazir Əli Abbasov plenar sessiyada keçirilən iclasda çıxış edərək, ölkə rəhbərliyinin dəstəyi ilə həyata keçirilən işlər, o cümlədən, beynəlxalq əhəmiyyətli regional layihələr barədə məlumat verib. "TASİM" və "EPEG" layihələrinin beynəlxalq əhəmiyyətindən danışan nazir, təhsildə İKT-nin inkişafından da söz açıb.

Məlumat üçün bildirək ki, sözügedən tədbirə BTİ-yə üzv 36 ölkənin naziri və 2000-ə yaxın nümayəndəsi qatılıb.

Konfrans işini  aprelin  10-a qədər  davam etdirəcək və sonda bəyannamə qəbul olunacaq.

 Tədbir çərçivəsində nazir İran, Polşa, Misir və Uqandanın sektor üzrə aidiyyəti nazirləri, həmçinin BTİ-nin Baş katibi və Baş katibin müavini, telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkət rəsmiləri ilə görüşlər keçirib.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL