waplog

Azərbaycan “Caspian Telecoms 2014” beynəlxalq konfransında təqdimatla çıxış edəcək



Aprelin 24-25-də İstanbulda 13-cü Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları konfransı "Caspian Telecoms-2014" keçiriləcək.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, Azərbaycanı bu tədbirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının rəhbərinin müavini, professor  İlham Mərdanovun müşayiəti ilə nümayəndə heyəti təmsil edəcək.

Nümayəndə heyətinin tərkibinə daxil olan "TASİM" layihəsinin rəhbəri Zaur Həsənov konfransda nazir Əli Abbasovun konfrans iştirakçılarına müraciətini səsləndirəcək və "TASİM" layihəsinin məqsədləri ilə bağlı təqdimatla çıxış edəcək. Nümayəndə heyətinin tərkibində "Aztelekom" İstehsalat Birliyinin rəhbərliyinin iştirakı nəzərdə tutulub.

Tədbir Xəzər, Qara Dəniz , MDB ölkələri və Türkiyənin telekommunikasiya sahəsi üçün böyük əhəmiyyət kəsb edir.
Tədbir çərçivəsində bu il regionun telekommunikasiya və informasiya texnologiyaları sahəsinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, beynəlxalq əməkdaşlıq, inteqrasiya prosesləri, investisiya mühiti müzakirə ediləcək.

Stasionar və mobil rabitə xidmətləri bazarlarının ən son inkişaf tendensiyaları, İKT sahəsində mühüm tendensiyalar, "М2М", "4G", "5G", "Big date", "Bundle package services", Kibertəhlükəsizlik, IPTV texnologiyaları sahəsində yeniliklər,  MDB və Xəzər ölkələri regionunda İP-tranzit xidmətlərinin inkişafı kimi məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.  

Qeyd edək ki, Azərbaycanda hazırda konfransda müzakirə edilən prioritet sahələr üzrə bir neçə layihə həyata keçirilir, bunların arasında "Milli genişzolaqlı internetin inkişafı üzrə Dövlət proqramı"nı, "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsini, kibertəhlükəsizliyin təmini və "4G" texnologiyasının  geniş istifadəsinin təmin edilməsi və əhatə dairəsinin genişləndirilməsi sahəsində görülən işləri qeyd etmək olar.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL