waplog

BTRİB-in əməkdaşı Rabitənin İnkişafı üzrə Ümumdünya Konfransının Büdcə nəzarəti komitəsinin rəhbər vəzifəsinə təyin edilib



Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin şöbə müdiri Rabitənin İnkişafı üzrə  Ümumdünya Konfransının Büdcə nəzarəti komitəsinin rəhbər vəzifəsinə təyin edilib.

“ICTnews” xəbər xidmətinin Regional Rabitə Birliyinin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Maliyyə və əmək şöbəsinin  müdiri S. Yarəhmədov Rabitənin İnkişafı üzrə  Ümumdünya Konfransının Büdcə nəzarəti komitəsinin vitse-sədri vəzifəsinə təyin edilib.

S. Yarəhmədovun qeyd edilən vəzifəyə martın 30-da Dubayda keçirilən  Rabitənin İnkişafı üzrə  Ümumdünya Konfransının son iclası çərçivəsində baş tutan seçkilər nəticəsində təyinatı baş verib.

Konfrans rabitənin inkişafı sahəsində prioritetlərin müəyyən edilməsi üçün qlobal bir forumdur. Konfransda, real qlobal informasiya cəmiyyətinin yaradılması üçün nəzərdə tutulmuş Deklarasiyalar və Dubay fəaliyyət  planı qəbul ediləcək.


Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL