Sumqayıt Kimya Sənaye Parkında elektronika və avtomobil sənayesi üzrə istehsalat əraziləri yaradılacaq
Ölkədə həyata keçirilən iqtisadi siyasətin prioriteti qeyri-neft sektorunun inkişafıdır. Bu məqsədlə “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən, ölkədə innovativ sahibkarlığın inkişaf etdirilməsi, yeni fəaliyyət növlərinin və məhsullarının təşviqi üçün əlverişli mühitin yaradılması ilə yanaşı, qabaqcıl texnologiyaların transferi və mənimsənilməsi istiqamətində tədbirlər gücləndirilir.
Azərbaycanda elmtutumlu məhsulların və texnologiyaların işlənilməsi və tətbiqi üçün texnoparklar və innovasiya zonaları yaradılır. Bu sahədə yaradılan müəssislərdən biri də İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-dir.
Nazirlikdən verilən məlumata görə, Azərbaycanda innovativ sənaye quruculuğunun irimiqyaslı layihəsi olaraq SKSP-da investorlar üçün ən münasib işgüzar şərait və komfortlu biznes mühit təklif edilir: “Neft və qaz ehtiyatları ilə zəngin olan ölkələr daha ucuz xammal ehtiyatlarına malik olurlar və bu üstünlükdən istifadə edərək müvafiq istiqamətli sənaye obyektləri, o cümlədən texnoparklar və sənaye parkları yaradırlar.
Cənubi Qafqazın ilk kimya sənaye parkı SKSP-nin əsas hədəfləri Qafqaz və Orta Şərq regionunda kimya-sənaye mərkəzinə çevrilmək, yerli istehsalın rəqabət qabiliyyətliliyini artırmaq, ölkədə innovativ və yüksək texnoloji istehsalı və bu sahədə sahibkarlığı genişləndirmək, kimya sənayesində innovativ və yüksək texnoloji istehsalın əsas mərkəzinə çevrilmək, kimya sənayesində elmin və texnologiyanın inkişafı üçün baza yaratmaq və s.-dir. Ümumilikdə, SKSP-nin yaradılmasında əsas məqsəd Azərbaycanın iqtisadi inkişafının daha da sürətləndirilməsi, innovativ sənayenin inkişafı üzrə öndə olan digər ölkələrlə müqayisədə rəqabət qabiliyyətliliyin artırılmasıdır”.
Qurumdan qeyd edilib ki, ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmağı hədəf seçən Parkın Sənaye zonasında elektronika və avtomobil sənayesi kimyası üçün ayrılmış istehsalat əraziləri də fəaliyyət göstərəcək: “Burada elektron və avtomobil sənayesində istifadə olunan kimya məhsullarının istehsalı üçün ayrılmış ərazilərin yerləşəcəyi nəzərdə tutulub”.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL