İsrail günəş panellərini tozdan təmizləyən robotlar yaradıb
Böyük günəş panelləri əsasən açıq ərazidə yerləşir və çox vaxt havada toz və qum olur. Zamanla panellər toz qatı ilə örtülür və fotoelementlərin effektivliyi xeyli aşağı düşür. Bundan başqa, onların təmizlənməsi kifayət qədər zəhmət və vaxt alır. Lakin İsrailin “Eccopia” şirkəti bu problemin həllini tapıb: şirkətin avtonom robotları günəş panellərini sərbəst təmizləyə bilərlər.
“ICTnews” elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, robotlar artıq 8 hektar ərazini əhatə edən “Ketura Sun” stansiyasında quraşdırılıb və ildə təxminən 9 milyon kv-saat yaradır. Bundan əvvəl ildə 9 dəfə panellərin təmizlənməsi həyata keçirilirdi və hər dəfə bu proses 5 gün vaxt alırdı.
Bundan başqa, panellərin təmizlənməsi zamanı avadanlığın zədələnməsi riski ehtimal olunan idi.
Hazırda stansiyada təxminən 100 ədəd enerjidən asılı olmayan avtonom robot işləyir. Qurğular çərçivəyə quraşdırılıb və səthin üstü ilə bir tərəfdən o biri tərəfə hərəkət edir. Təmizləmə işini həyata keçirən robotlar panelin səthindəki tozun 99 faizini silən fırlanan şotka ilə tcəhzi edilib.
“Ecoppia” şirkətinin nümayəndələrinin sözlərinə görə, toz toplanması günəş panelinin iş effektini 35 faiz azalda bilər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL