“LG” şirkəti “ağıllı” ev üçün lampa təqdim edib
Hazırda smartfonun köməyi ilə idarə olunan işıq diodu lampası yenilik deyil. Lakin Cənubi Koreyanın “LG Electronics” şirkəti daima yeniliklər axtarışındadır. Belə ki, şirkət “ağıllı” LED lampadan sonra “ağıllı” ev üçün orqanik işıq diodlarına əsaslanan masaüstü lampa nümayiş etdirib.
“ICTnews” elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, məişət texnikasının istehsalı sahəsində özünə güclü biznes formalaşdırmış “LG Electronics” şirkəti həftənin əvvəlində Almaniyanın Frankfurt şəhərində keçirilmiş “Light+Building 2014” sərgisində bu qeyri-adi masaüstü lampanı təqdim edib.
Masaüstü lampa “iOS” və “Android” əlavələrini dəstəkləyir və onu “Bluetooth” vasitəsilə idarə etmək mümkündür. Tətbiqin köməyi ilə işıqlandırma intensivliyini, məsələn, oxumaq və ya film izləmək üçün sazlamaq olar.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL