waplog

Sahibkarlığın inkişafında elektron xidmətlərin rolu ilə bağlı dəyirmi masa keçiriləcək


Bu il aprelin 4-də Bakıda "Sahibkarlıq subyektlərinin elektron qeydiyyat zamanı prosedur və müddətlərin azaldılması" mövzusunda  "dəyirmi masa" keçiriləcək. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından məlumat verilib.
 
Konfederasiyadan bildirilib ki, "Müflisləşmə və iflas haqqında" qanunun təkmilləşdirilməsi", "Elektrik təcizatı şəbəkəsinə qoşulma" mövzuları ətrafında da müzakirələr aparılacaq. Hökumət nümayəndələrinin, sahibkarların, Düşüncə mərkəzlərinin, Universitet təmsilçilərinin də iştirak edəcəyi "dəyirmi masa"da ölkədə elektronlaşma istiqamətində aparılan işlərdən, sahibkarlığın inkişafında elektron xidmətlərin rolundan və elektronlaşmanın iqtisadiyyatın daha da şaxələndirilməsinə göstərdiyi müsbət təsirlərdən söz açılacaq. 
 
Aprelin 16-da isə "Daşınmaz əmlak hüquqları, qeydiyyat sisteminin və kreditlərin verilməsi proseslərinin təkmilləşdirilməsi" mövzularında dəyirmi masa düzənlənəcək.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL