waplog

Azərbaycanın poçt operatoru daha bir beynəlxalq pulköçürmə sisteminə qoşulur



Yaxın müddətdə “Azərpoçt” MMC-nin bütün şöbələrində “İBA-EXPRESS”  sistemi üzərindən pul köçürmələri almaq və göndərmək mümkün olacaq.

MMC-dən verilən məlumata görə, “Azərpoçt” “İBA-EXPRESS” beynəlxalq pul köçürməsi sistemi ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
 
Hazırda Bakı, Abşeron, Sumqayıt və Regional Poçt Filiallarının Müştəri Xidmətləri Şöbəsində fəaliyyət göstərən “İBA-EXPRESS”  beynəlxalq pul köçürməsi sisteminin test mərhələsi artıq başa çatmaq üzrədir. Aprelin 7-dən etibarən bu sistem üzərindən adıçəkilən şöbələrdən pul köçürmələri almaq və göndərmək olar.
 
Xatırladaq ki, “Azərpoçt” MMC “Contact”, “Caspian Money Transfer”, “Western Union”, “Migom” və  “Золотая Корона” beynəlxalq pul köçürmələri sistemləri ilə də əməkdaşlıq edir.

CAHANGİR
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL