waplog

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu qrant layihələrinin qəbuluna başlayıb


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu aprelin 2-dən etibarən elan edilmiş müsabiqədə iştirak üçün qrant layihələrinin qəbuluna başlayıb.

Fonddan "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, qrant layihələri onlayn rejimdə elektron formada qəbul ediləcək.

Fondun rəsmi saytında layihələrin biznes planının strukturu və digər tələb olunan sənədlər haqda məlumatlar yerləşdirilib. Müsabiqənin qalibləri təxminən iyun ayında məlum olacaqlar.

Layihələrə 10 mindən 300 min manatadək vəsait ayrılması nəzərdə tutulub. Qəbul edilməyən layihələrin müəlliflərinə əsaslandırma təqdim ediləcək və bu sənəddə layihənin hansı kriterilərə uyğun gəlmədiyi izah olunacaq.

Müəlliflər üçün VÖİN layihə qəbul olunduqdan  sonra açılacaq ki, müəllif xərclərə və problemlərə məruz qalmasın. Qeyd edək ki, hesab mütləq Azərbaycanda fəaliyyət göstərən bankda açılmalıdır.

Aynur Vəliyeva

 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL