2014-cü ildə İT xərclərinin həcmi 3.2 faiz artacaq
"Gartner" analitik şirkətinin proqnozuna görə, 2014-cü ildə qlobal informasiya texnologiyaları (İT) bazarının həcmi 3,8 trilyon dollar təşkil edəcək ki, bu da ötən illə müqayisədə 3,2 faiz artım deməkdir. Bu artıma, korporativ proqram təminatı və elektronika sahələrinin inkişafı səbəb kimi göstərilir.
Ekspertlər hesab edirlər ki, cari ildə müəssisələrin ehtiyacları üçün nəzərdə tutulmuş proqram təminatının satış həcmi 6,9 faiz artaraq 320 milyard dollara çatacaq. Biznes sahəsində sosial proqram təminatı, həmçinin məlumatları idarə etmə texnologiyalarına daha çox tələbat olacaq.
"Gartner"in tədqiqatlar üzrə vitse-prezidenti Con Lavlok hesab edir ki, 2013-cü ildə şirkətlər büdcə həcmini azaldaraq yalnız proqram təminatı sahəsində layihələrin planlaşdırılmasına diqqət yetiriblər.
Fərdi kompüter, planşet, mobil telefon və printerlər daxil olmaqla qurğuların satın alınması üzrə isə xərclər ötən illə müqayisədə 4,4 faiz artaraq 689 milyard dollar təşkil edəcək.
Mütəxəssislər bildirirlər ki, bahalı smartfonlara tələbat azalır və inkişaf etmiş ölkələrin sakinləri daha çox orta səviyyəli aparatları seçirlər. İnkişaf etməkdə olan regionların istifadəçiləri isə, daha ucuz "Android" modellərə üstünlük verirlər.
İT sənayesinin ən böyük seqmenti telekommunikasiya xidmətləri bazarıdır. Cari ildə bazar payı 1,655 trilyon dollar təşkil edəcək ki,
bu da ötən illə müqayisədə 3 faiz yüksəkdir.
Səsli rabitə xidmətlərinin satış həcminin azalması fonunda ekspertlər mobil məlumat ötürmə xidmətləri üçün xərclərin artacağını ehtimal edirlər. Con Lavlokun sözlərinə görə, smartfon və planşetlər, həmçinin avtomobil sistemləri üçün tətbiq bazarının inkişafı fonunda mobil internetə tələbat artır.
İT xidmətlər bazarına gəlincə, 2014-cü ildə onun həcmi 964 milyard dollar səviyyəsində gözlənilir ki, bu da ötən ildən 4,6 faiz yüksəkdir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL