waplog

“Azərkosmos” Ukraynanın “Ukrkosmos” şirkəti ilə saziş bağlayıb


Azərbaycanın peyk operatoru “Azərkosmos” ASC və Ukraynaya məxsus “Ukrkosmos” şirkəti arasında bir sıra Ukrayna televiziya kanallarının “Azərspace-1” peyki vasitəsilə Avropa və Mərkəzi Asiya regionlarında, eləcə də Yaxın Şərqin bir neçə ölkəsində yayımına dair saziş bağlanıb.
 
“Azərkosmos”dan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən,  “UTR”, “Kultura”, “Lvov TV”, “KDRTK” və “ЧП INFO” kimi populyar kanalların daxil olduğu paket MPEG-2 standartında yayımlanacaq. 
 
Qafqazda yegane peyk operatoru olan “Azərkosmos” ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. Ötən ilin fevral ayında orbitə buraxılmış və “Azərkosmos” tərəfindən idarə edilən “Azərspace-1” peyki 46 dərəcə Şərq uzunluğu orbital mövqeyində yerləşir  və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.
 
Aynur Vəliyeva
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL