Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni radioelektron vasitə istifadəçilərinə qarşı tədbirlər görülür
Bu ilin I rübü ərzində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Dövlət Radiotezliklər İdarəsinin (DRİ) mütəxəssisləri müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 53 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə (REV) aşkarlayıb.
İdarədən verilən məlumata görə, mütəxəssislər ümumilikdə 174 təşkilat, müəssisə və şirkətdə istismar olunan radioelektron vasitələrə texniki baxış keçirib və müvafiq qaydada aktlar tərtib edib.
Texniki baxış zamanı aşkarlanan 53 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV-dən 10 ədədi möhürlənib, qalan 43 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.
Qeyd edək ki, dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 6 ədəd protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL