waplog

"NDU-da elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi çərçivəsində koreyalı mütəxəssislər Azərbaycandadırlar


Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) "Naxçıvan Dövlət Universiteti (NDU) üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması" layihəsi çərçivəsində ezam etdiyi koreyalı mütəxəssislərdən ibarət qrup 31 mart – 18 aprel tarixləri ərzində Azərbaycanda səfərdədir.
 
Ezamiyyətin məqsədi sistem tələblərinin təhlilini aparmaq, universitet təhsil sisteminin yaradılması ilə bağlı ilkin işləri görməkdir.

Martın 31-də NDU rektoru, professor Saleh Məhərrəmov və "KOICA"-nın Azərbaycandakı Rezident nümayəndəsi xanım Kim Eun Sukun başçılıq etdiyi nümayəndə heyətləri arasında görüş baş tutub.
Görüşdə hər iki tərəfdən mütəxəssislər də iştirak edib. Rektor koreyalı ekspertlərin yanvar ayındakı ilk ezamiyyətindən sonra görülmüş işlər barədə danışıb və layihə çərçivəsində Koreyadan müasir texnologiya, avadanlıq və nou-hau alınacağına ümid bəslədiyini bildirib.

Öz növbəsində, xanım Kim universitet tərəfindən görülən işləri yüksək qiymətləndirib və "KOICA"-nın layihənin səmərəli icrasını sürətləndirmək üçün əlindən gələni edəcəyini qeyd edib. O, həmçinin növbəti üç həftə ərzində Azərbaycan və Koreya mütəxəssisləri arasında müzakirələrin davam edəcəyini bildirərək, universitetin İşçi qrupunun tam əməkdaşlığını xahiş edib.


İclaslar zamanı Koreya tərəfi sistemin təqdimatını həyata keçirmiş, onun əsas funksiyalarını izah edib, bu sahədə Koreya Respublikasının qabaqcıl təcrübəsi əsasında informasiya sistemi ilə bağlı təlimatlar verib və NDU mütəxəssislərinin suallarını cavablandırıb. Təhsil informasiya sistemi Naxçıvan Dövlət Universitetinin cari iş prosesi və gələcək planlarına uyğun şəkildə yaradılacaq.

Üç həftəlik ezamiyyət dövründə tərəflər təhsil idarəetmə sistemi, elektron təhsil, veb-portal, avadanlıqlar da daxil olmaqla layihə komponentləri barədə müzakirə aparacaq.

 "Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması" 3,5 milyon ABŞ dolları dəyərində büdcəyə malik 24 aylıq layihə olub, idarəçilik işlərində səmərəliliyin artırılması və tələbələr üçün onlayn təhsil xidmətinin göstərilməsi üçün portal, distant təhsil, akademik işlər, elektron kitabxana və s. daxil olan elektron təhsil şəbəkəsinin yaradılmasını, müasir İKT avadanlıqlarının yaradılması ilə rəqəmsal multimedia infrastrukturunun təkmilləşdirilməsini, Koreya texnologiyasının nou-hausu və inkişaf təcrübəsinin bölüşülməsi ilə Azərbaycanda insan resurslarının inkişafına töhfə verilməsi və İKT-nin gücləndirilməsinin təşviq edilməsini nəzərdə tutur.
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL