waplog

Avropanın "Sentinel 1A" peyki orbitə çıxarılıb


Avropanın "Kopernikus" layihəsi çərçivəsində "Sentinel 1A" peyki fəzaya qaldırılıb. Fransız Qvianasında yerləşən "Kuru" kosmodromundan orbitə çıxarılan peyk gözlənildiyi kimi uğurlu alınlıb. Avropa Komissiyasının məsələ ilə bağlı yaydığı informasiyada bildirilir ki, uçuşun uğurla reallaşması tək "Kopernikus" proqramı üçün deyil, həm də Avropa Kosmos Siyasəti və Avropa İttifaqının (Aİ) kosmik fəaliyyəti üçün çox əhəmiyyətli addımdır. Məlumatda o da vurğulanır ki, kosmos Aİ-nin inkişaf siyasətinin mərkəzindədir. Belə ki, Avropanın 2020-ci il üçün ağıllı, davamlı və geniş strategiyası kosmos fəaliyyəti olmadan təsəvvür edilmir.
 
"Sentinel 1A" 2014-2021-ci illər arasında göndəriləcək altı peyk missiyasının birincisidir. Bundan əlavə, Aİ-nin Yer Kürəsini Müşahidə Proqramı "Kopernikus" Yer kürəsinin sub-sistemlərini, atmosferini, okeanları və qitələrin səthini müşahidə və monitorinq etməklə, etibarlı və yoxlanmış məlumat verərək, ətraf mühit və təhlükəsizlik sahələri ilə bağlı bir sıra qərarların verilməsinə dəstək olacaq.
 
 
"Kopernikus" proqramından danışan Avropa Komissiyasının sənaye və sahibkarlıq üzrə vitse-prezidenti Antonio Tayani deyib ki, sözügedən proqram çərçivəsində nəzərdə tutulmuş peyklərin birincisi olan "Sentinel 1A" Yer kürəsini yeni, indiyə qədər olmayan gözlərlə müşahidə edəcək və bu gözlər Avropanın olacaq. Onun sözlərinə görə, peyk tərəfindən ötürülən məlumatlar dəniz təhlükəsizliyi, iqlim dəyişikliyinin monitorinqi kimi sahələrin inkişafına kömək edəcək.
 
Seymur

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL