İsveçrə şirkəti sərbəst enerji toplayan telefon istehsal edəcək
İsveçrənin "Tag Heuer" qol saatı istehsalçısı "Meridiist" telefonunun yeni versiyasını təqdim edib. "Meridiist Infinite" adlanan layihədə Fransanın bir sıra şirkətləri, həmçinin "Atelier Haute Communication" və "Sunpartner Technologies" iştirak ediblər. Sonuncunun "Wysips Crystal" texnologiyası sayəsində smartfonlar sərbəst enerji toplaya bilirlər.
"ICTnews" elektron xəbər xidməti "hi-news.ru" saytına istinadən bildirir ki, "Meridiist Infinite" telefonunun əsas xüsusiyyəti "Sunpartner Technologies" startapı tərəfindən hazırlanmış "Wysips Crystal" texnologiyası sayəsində sərbəst enerji toplamaq bacarığıdır. "Tag Heuer" şirkəti bazara bu cür aparat çıxaran ilk şirkətdir.
"Pocket-lint" resursu yazır ki, "Meridiist Infinite" telefonu cəmi 1911 nüsxədə buraxılacaq. Korpusu 5-ci sinif titan materialından və karbon lifindən hazırlanıb. Mobil qurğu 320 x 240 piksel təsvir ölçülü 4 düymlük "TFT LCD" ekranla təchiz edilib. Korpusun yuxarı hissəsində əlavə məlumatın göstərilməsi üçün monoxrom OLED-panel var. "Meridiist Infinite" telefonu iki SİM kart dəstəkləyir, 8 QB daşıyıcı və 5 meqapiksellik kamera ilə təchiz edilib.
"Meridiist Infinite" bu ilin iyulunda satışa çıxarılacaq. Aparatın qiyməti hələ ki açıqlanmayıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL