waplog

Şəhərsalma və Arxitektura Komitəsi elektron xidmətlər təqdim edib


Azərbaycanın iqtisadi göstəriciləri artdıqca, insanların rifahı yüksəldikcə müxtəlif fəaliyyət sahələrinin daha da genişlənməsinə təkan verir. Artıq bir neçə ildir ki, ölkədə tikinti sektoru sürətlə irəliləməkdədir. İstər fərdi mənzil, istərsə də göydələn tikintisində nəzərəçarpacaq qədər  canlanma var. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də bu istiqamətdə yarana biləcək qeyri-qanuni halların aradan qaldırılması, məmur-vətəndaş ünsiyyətini azaltmaq, vaxt itkisini və izafi xərcləri minimallaşdırmaq üçün əhaliyə elektron xidmətlərini təqdim edir.
 
Komitə dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi fəaliyyəti ilə məşğul olmaq üçün hüquqi və fiziki şəxslərə xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulunu elektron qaydada həyata keçirir. Hüquqi şəxslər lisenziya almaq üçün əvvəlcə ərizə formasını doldurmalıdır. Bundan sonra isə Dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətini, vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surətini komitəyə təqdim etməlidir.
 
 Eyni zamanda texniki-istehsalat heyəti haqqında arayış formasını doldurmalıdır.  Komitə bildirir ki, hüquqi şəxslər sözügedən elektron xidmətdən yararlanmaq üçün, yəni lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növünü həyata keçirmək üçün mülkiyyətində və ya qanuni istifadəsində qeyri-yaşayış sahəsinin olmasını təsdiqləyən sənədlərin notarial qaydada təsdiq edilən surətlərini də təqdim etməlidir.
 
 Üstəlik, lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə rəhbər və aparıcı, o cümlədən layihənin baş mühəndisi və ya baş memarı, memar, konstruktor, mühəndis avadanlıqları və sistemləri, nəqliyyat infrastrukturu layihələri, layihənin xüsusi bölmələri və sair sahələr üzrə mütəxəssislərin müvafiq ixtisasa və ən azı 5 illik iş təcrübəsinə malik olmaları haqqında sənədlərin surəti  verilməlidir. Sənədlərə baxılandan sonra və lisenziyanın verilməsindən imtina edilmədikdə ərizəçi  lisenziya verilməsinə görə 1100 manat dövlət rüsumunun ödənildiyini təsdiq edən bank sənədini təqdim etməlidir.
 
 
Fiziki şəxslər isə yuxarıda göstərilən sənədlərlə yanaşı, şəxsiyyətini təsdiq edən sənədini komitəyə göndərməlidir.
 
Seymur

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL