waplog

Stiv Cobsun məxfi məktubu “Apple” şirkətinin planlarının üstünü açıb


"Apple" və "Samsung" şirkətləri arasında növbəti məhkəmə prosesində Stiv Cobsun 2010-cu ildə yazdığı elektron məktub ictimaiyyətə açıqlanıb. Şirkətin həmtəsisçisi bu məktubu ölümündən bir il əvvəl yazaraq şirkətin 100 ən yaxşı əməkdaşına ünvanlayıb.
 
"ICTnews" elektron xəbər xidməti "lookatme.ru" saytına istinadən bildirir ki, Cobs məktubda 2011-ci ili fərdi kompüter dövrünün sonu kimi təsvir edir və bildirir ki, kompüter sənayesi artıq öz yerini mobil qurğulara verir və bu sahədə "Apple" şirkəti lider olmalıdır.
 
Cobsun fikrincə, "Apple"ın əsas rəqibi "Google" şirkətidir. Stiv hər iki nəhəng şirkət arasındakı rəqabəti "Müqəddəs müharibə" adlandırıb.
 
Siv Cobs, həmçinin "Apple TV"-yə xüsusi diqqət ayırıb. Onun planına əsasən, sözügedən qurğu "iPhone" və "iPad" üçün aksesuar olmalı idi.
 
Xatırladaq ki, "Apple" yeni məhkəmə prosesində 5 patent hüququnun pozulmasına görə Cənubi Koreya şirkətindən 2 milyard dollar məbləğində kompensasiya almağa çalışır.
 
Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL