Təbrizdə keçiriləcək “Yeni Texnologiyaların İmkanları” sərgisinə Azərbaycanın işgüzar dairələri dəvət olunublar
16-25 aprel 2014-cü il tarixlərində İranın Təbriz şəhərində “Yeni Texnologiyaların İmkanları” sərgisi təşkil olunacaq. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur.
“ICTnews” elektron xəbər xidmətinə bu barədə məlumat verən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildirilib ki, sərgi ilə maraqlananlar İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə (əlaqəli şəxs: Seyid Fərəc Şəhidiyə; mob: +994 51 798 19 67) müraciət edə bilərlər.
Qeyd edək ki, İranda yüksək texnologiyalarla bağlı daha bir tədbir isə növbəti aya planlaşdırılıb. Belə ki, 27-30 may tarixlərində Təbriz şəhərində İranın Tədqiqat və Yüksək Texnologiyalar Mərkəzi və Təbriz Beynəlxalq Sərgi Şirkətinin təşkilatçılığı ilə ikinci “Yeni və Yüksək Texnologiyalar” sərgisi keçiriləcək.
Sərginin əsas məqsədi yüksək texnologiyalı məhsulları tanımaq və tanıtmaq, bu məhsulların sənayedə istehsalının tətbiqi, eləcə də informasiya sahəsinə və biliklərə əsaslanan layihələrə investisiyaların cəlbinin dəstəklənməsidir. Təşkilat Komitəsindən verilən məlumata görə, ikinci sərgidə biliklərə əsaslanan 300-dən çox şirkətin iştirakı gözlənilir. Həmçinin “Yeni və Yüksək Texnologiyalar” sərgisində kommersiyalaşmaya hazır olan və biliklərə əsaslanan, yüksək texnologiyalarla bağlı 400-dən çox layihə və məhsullar nümayiş etdiriləcək.
Tədbirdə bu sahəni dəstəkləyən çoxsaylı yerli və xarici investorların iştirakı da nəzərdə tutulur.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL