waplog

“Lenovo” şirkəti 1 il ərzində xalis gəlirini ikiqat artırıb


Kompyuter və noutbukların ən böyük Çin istehsalçısı “Lenovo Group” şirkəti bildirib ki, birinci rübün nəticəsinə görə onun xalis gəliri analitiklərin proqnozlarını ötərək praktik olaraq ikiqat artıb. “Lenovo” şirkətindən qeyd ediblər ki, göstəriciləri satışları artırmaq hesabına yüksəltmək mümkün olub. Xalis gəlir 108,8 milyon dollara və ya səhmə görə 1,04 sentə qədər artıb.

Analitiklər hesabat nəşri ərəfəsində “Lenovo” şirkətinin 84 milyon dollar dəyərində gəliri olacağını gözləyirdilər. Bir il ərzində şirkətin faktiki gəliri 15% artaraq 5,92 milyard dollar olub. Şirkətdən bildiriblər ki, “Lenovo”nun məhsulları Rusiya, Braziliya və Çin kimi əhəmiyyətli bazarlarda “Hewlett-Packard” və “Dell” kimi dünya liderlərinin məhsulları ilə müvəffəqiyyətlə rəqabət aparmağa müvəffəq olur.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL