Yüksək Texnologiyalar Parkı “İddialı satış və idarəetmə komandalarının qurulması” mövzusunda təlim kurslarına başlayır
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkı cari ilin 14-15 aprel tarixlərində Azərbaycanın bütün iddialı şirkətləri üçün təşkil etdiyi təlim kursları silsiləsini davam etdirməkdədir. Növbəti kurs “İddialı satış və idarəetmə komandalarının qurulması” mövzusunu əhatə edəcək.
Birinci təlimdə olduğu kimi, bu tədbir də Massaçusets İnstitutunun Texnologiya Sahibkarlığı Mərkəzinin təsisçisi və icraçı direktoru, ABŞ-ın İnnovasiya və Sahibkarlıq Komitəsinin Ekspertlər Şurasının məsləhətçisi, hazırda Barselonada yerləşən “ESADE” Biznes məktəbində fəaliyyət göstərən professor Ken Mors tərəfindən aparılacaq. Təlim kursları milli şirkətlərə beynəlxalq səviyyədə öz startup məhsullarının satışı və xidmətlərini təklif etmələri üçün təsirli strategiya formalaşdırmağa, erkən mərhələdə beynəlxalq səviyyədə rəqabət aparmaq üzrə bacarıqlarını artırmağa kömək etmək məqsədi daşıyır.
Növbəti kurslar Bakı şəhəri Nizami küçəsi 203 b, “AF Business House”, 3-cü mərtəbədə keçiriləcək. İştirak etmək istəyənlər aprelin 10-dək “www.entrepreneur.az” saytında qeydiyyatdan keçməlidirlər.
Kurslar saat 10:30-dan etibarən başlayacaq. Kurslar haqqında daha ətraflı məlumat “www.entrepreneur.az” saytında yerləşdirilib.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL