Dünyada ilk DDR4 əməli yaddaş modulu nümayiş etdirilib
Yaddaş modullarının istehsalı ilə məşğul olan “SK hynix” şirkəti 128 QB həcmində dünyada ilk DDR4 əməli yaddaş modulunu nümayiş etdirib. Öncə yaddaş modulu server sistemlərində istifadə ediləcək.
“ICTnews” elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, yaddaş modulu 20 nanometrlik texnoloji proses üzrə hazırlanıb. Yaddaş modulunun işləməsi üçün 1,2 volt gərginlik lazımdır, müqayisə üçün DDR3 yaddaş modulunda bu göstərici 1,35 volt təşkil edir.
Yeni yaddaş modulları 2133 MHs takt tezliyində işləyir.
DDR4 yaddaş modullarının dəstəyi ilə server prosessorları artıq cari ilin sonunda çıxarılmalıdır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL