“Azərpoçt” MMC ilə “Monex” beynəlxalq pulköçürmə sistemi arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Azərbaycanın milli poçt operatoru “Azərpoçt” beynəlxalq pulköçürmələri sistemində fəaliyyətini genişləndirməyə davam edir.
“Azərpoçt”dan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, “Azərpoçt” “Monex” beynəlxalq pulköçürmə sistemi ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Hazırda Bakı, Abşeron və Sumqayıt Poçt filiallarının Müştəri Xidmətlər Şöbəsində “Monex” sistemi üzərindən beynəlxalq pulköçürməsi almaq və göndərmək olar.
Yaxın müddətdə “Azərpoçt” MMC-nin bütün şöbələrində “Monex” sistemi üzərindən pulköçürmələri almaq və göndərmək mümkün olacaq.
Qeyd edək ki, “Azərpoçt” eyni zamanda “Contact”, “Caspian Money Transfer”, “Western Union”, “İBA-Express”, “Золотая Корона” beynəlxalq pulköçürmələri sistemləri ilə əməkdaşlıq edir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL